Hansi Flik Qavinin zədəsi barədə danışıb

24.08.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik yarımmüdafiəçi Qavinin zədəsi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis futbolçunun dizindən zədə aldığını və vəziyyətin dəqiqləşməsi üçün əlavə müayinəyə ehtiyac olduğunu bildirib.

“Zədə dizindədir. Gözləməliyik. Zədə aldığı anda düşündüyündən bir qədər yaxşı vəziyyətdədir. Oyundan sonra özünü xeyli yaxşı hiss edirdi. MRT müayinəsi keçirəcəyik və nəticəyə baxacağıq”, - Flik deyib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью