Hansı halda tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə bilərik?

16.12.2025

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan vətəndaşları üçüncü ölkədən Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilməyəcəklər.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, üçüncü ölkədən Türkiyəyə səfər edən şəxslər mütləq şəkildə ümumvətəndaş pasportundan (xarici pasport) istifadə etməlidir:

“Vətəndaşlar biometrik şəxsiyyət vəsiqəsi ilə yalnız Azərbaycandan Türkiyəyə səfər edə biləcəklər. Azərbaycan vətəndaşı Türkiyədən üçüncü ölkəyə yaxud üçüncü ölkədən Türkiyə ərazisinə keçid etmək istədikdə mütləq şəkildə ümumvətəndaş pasportundan istifadə etməlidir”.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycan və Türkiyə vətəndaşları biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər. Bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью