Hansı ixtisas qrupuna maraq daha yüksəkdir?

09.06.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi yekunlaşdı.

Redaktor.az xəbər verir ki, azedu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə I-IV ixtisas qrupları üçün keçiriləcək test imtahanının II cəhdində iştirak etmək üçün ümumilikdə 71 890 abituriyent qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin 63 927-si Azərbaycan, 7 963-ü isə rus bölməsi üzrə təhsil alan abituriyentlərdir.

İxtisas qrupları üzrə qeydiyyat statistikası aşağıdakı kimidir:

I ixtisas qrupu - 24 981 nəfər (22 296 Azərbaycan, 2 685 rus bölməsi);

yalnız RK altqrupu üzrə - 14 662 nəfər;

yalnız Rİ altqrupu üzrə - 10 279 nəfər;
II ixtisas qrupu - 18 903 nəfər (16 945 Azərbaycan, 1 958 rus bölməsi).

III ixtisas qrupu - 22 704 nəfər (20 248 Azərbaycan, 2 456 rus bölməsi);

yalnız DT altqrupu üzrə - 15 038 nəfər;

yalnız TC altqrupu üzrə - 614 nəfər;

DT və TC altqrupları üzrə - 6 052 nəfər.

IV ixtisas qrupu - 5 302 nəfər (4 438 Azərbaycan, 864 rus bölməsi).

Beləliklə, II cəhd qəbul imtahanında ən çox qeydiyyat I ixtisas qrupu üzrə (24 981 nəfər), ən az qeydiyyat isə IV ixtisas qrupu üzrə (5 302 nəfər) qeydə alınıb. 

Qeyd edək ki,  ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. 

II ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью