Hansı ixtisasların məzunları iş tapa bilmir? | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Son dövrlər cəmiyyətdə əsas diqqət çəkən məsələlərdən biri də ali təhsil almış, lakin ixtisas
Bu, təkcə ölkəmizdə deyil, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə də müşahidə olunan ümumi tendensiyadır.
Əmək bazarının tələbləri ilə ali təhsil sisteminin verdiyi ixtisaslar arasında bəzən uyğunluğun olmaması, sözügedən problemin əsas səbəblərindən biri kimi göstərilir.
Bu kontekstdə bəzi ixtisasların məzunları digərləri ilə müqayisədə daha çox işsizlik riski, habelə əmək bazarına atılmaqda bir sıra maneələrlə üzləşirlər.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, iş tapmaqda ən çox çətinlik çəkənlər sırasında humanitar və sosial sahələrin məzunları çoxluq təşkil edir: “Jurnalistika, beynəlxalq münasibətlər, filologiya, tarix, hüquq kimi ixtisaslarda hər il çox sayda gənc universiteti bitirir, amma bu qədər məzun üçün real iş yerləri yoxdur.
Təklif tələbi xeyli üstələyir. Digər tərəfdən, bəzi texniki ixtisaslar üzrə də problem qalır.
Mühəndislik, informasiya texnologiyaları, energetika kimi sahələrdə iş imkanları var, amma işəgötürənlər daha çox praktiki təcrübəyə malik mütəxəssisləri axtarırlar.
Nəticədə, savadlı, lakin təcrübəsiz gənclər kənarda qalır”. Onun sözlərinə görə, əmək bazarının real tələbinə baxanda aydın olur ki, bu gün
Tam oxu
Xəbəri oxu