Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
ABŞ-nin “AutoinsuranceEZ” sığorta aqreqatoru avtomobillərin yanma riski ilə bağlı statistika yayıb.
Avtosfer.az xəbər verir ki, statistika 3 tip avtomobil üzrə aparılıb. Məlum olub ki, daxiliyanma mühərrikli avtomobillərdə hər 100 min avtomobilə 1530 yanğın hadisəsi qeydə alınıb.
Hibrid avtomobillərdə isə yanğın riski hər 100 min avtomobilə 3474-dür.
Ən aşağı risk isə elektromobillərdədir: hər 100 min maşına 25 hal.
Statistika ABŞ-də baş verən hadisələr əsasında aparılıb. Çində elektromobil yanğını daha çoxdur. Lakin, ümumi planda dünyanın hər yerində elektromobillə daxiliyanma mühərrikli avtomobillər arasında yanğın riski fərqi çox böyükdür.
Vüqar