Saglamolun saytına istinadən Icma.az xəbər verir. Sink - orqanizm üçün çox vacib mikroelementlərdən biridir.
Xüsusilə o, qadın orqanizmi üçün vacibdir. Parlaq saçlar, möhkəm və hamar dırnaqlar, təravətli dəri üçün bu mikroelement əvəzsizdir.
Məhz bu səbəbdən bir çox kosmetik vasitələrin tərkib hissəsinə sink daxildir.
Hətta qədim zamanlarad da sinktərkibli məhsul və maddələri kosmetik məqdsədlərlə istifadə edirdilər.
Ən populyar olan mirvaridir ki, onun xırdalanmış tozunu indikii dövrdə də bir çox kosmetik vasitələrin tərkibinə əlavə edirlər.
Ümumilikdə isə gözəllik və sağlamlığı qorumaq üçün sink tərkibli məhsulları rasionunuza daxil etmək məsləhət görülür.
Xüsusilə bu yay ayları üçün mütləq sayılır, çünki sink bədəndən tərlə xaric olunur. Beləliklə, hansı məhsullardan sink əldə edə bilərik?
Dəniz məhsulları - delikates sayılan omar(dəniz xərçəngi), krab, kalmar, krevet və s. kimii məhsulların tərkibi sink ilə çox zəngindir.