Hansı məsuliyyəti üzərimizə götürdüyümüzün fərqindəyik Azər Bağırov

01.10.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kəpəz”in yeni baş məşqçisi bəlli olub.

Fanat.Az-ın məlumatına görə, Gəncə klubu ötən mövsümün sonunda yolları ayırdığı Azər Bağırovu postuna qaytarıb.

Sözügedən mütəxəssislə əlaqə saxlayıb hər şeyi öz dilindən eşitmək istədik: "Artıq razılığa gəlmişik. Təyinatın gün ərzində açıqlanacağı gözlənilir. Əlbəttə ki, komandada görüləcək işlər çoxdur. Hansı məsuliyyəti üzərimizə götürdüyümüzün fərqindəyik".

Xatırladaq ki, Bağırov Misli Premyer Liqasının 5-ci turundan sonra istefaya göndərilən Adil Şükürovu əvəzləyib.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью