Hansı ölkələrdə ən uzun və ən qısa oruc saatları var?

01.03.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Bu il Ramazan ayında müxtəlif ölkələrdə oruc tutma müddətləri arasındakı fərq üç saatdan az olacaq.

BAKU.WS-in "Haber Global"a istinadən verdiyi məlumata görə, orucun müddəti ölkənin coğrafi mövqeyindən asılıdır.

Ramazan ayının son günü olan martın 29-da ən uzun oruc Reykyavik (İslandiya) və Nuukda (Qrenlandiya) olacaq - 15 saat 52 dəqiqə.

Günün ən qısa orucu Çilinin Punta Arenas şəhərində 13 saat 38 dəqiqə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью