Hansı ölkənin nə qədər qızıl ehtiyatı var? Tam siyahı

14.03.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Bu ilin yanvar ayı ərzində Azərbaycana 10 ölkədən ümumi dəyəri 689 milyon 947 min 180 dollar olan 7 min 950,5 kiloqram qızıl idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qızılın bir qramının orta gömrük dəyəri 86,8 dollar (147,5 manat) olub.
Bu ilin ilk ayında Azərbaycana qızıl aşağıdakı ölkələrdən gətirilib:
Avstraliya – 2 666,5 kq (bir qramının orta gömrük dəyəri 84,8 dollar);
Meksika – 2 007,11 kq (87 dollar);
Böyük Britaniya – 1 136,34 kq (88,3 dollar);
Rusiya – 995,01 kq (88,3 dollar);
Çin – 486,19 kq (88,3 dollar);
Braziliya – 324,47 kq (88,3 dollar);
ABŞ – 261,14 kq (87,1 dollar);
İspaniya – 48,16 kq (88,3 dollar);
Kanada – 12,97 kq (88,3 dollar);
İsveçrə – 12,57 kq (85,6 dollar).
Məlumat üçün onu da bildirək ki, Azərbaycana idxal edilən qızıllar Dövlət Neft Fondu tərəfindən satın alınır.
Qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Neft Fondunun 146,6 ton qızıl ehtiyatı var. Bu göstəriciyə görə Azərbaycan dünyada 30-cu sırada qərarlaşıb. Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkə ABŞ hesab olunur. Bu ölkənin 8 133 ton qızıl ehtiyatı var.
Keçmiş SSRİ və region ölkələri arasında Azərbaycandan daha çox qızılı olan 4 ölkə mövcuddur: Rusiya (2 336 ton), Türkiyə (615 ton), Özbəkistan (383 ton) və Qazaxıstan (284 ton).
Bu ilin əvvəlinə olan məlumata görə, dünya ölkələrinin qızıl ehtiyatları aşağıdakı kimidir:
ABŞ – 8 133
Almaniya - 3352
İtaliya- 2452
Fransa - 2437
Rusiya - 2336
Çin - 2280
İsveçrə - 1040
Hindistan - 876
Yaponiya - 846
Türkiyə - 615
Niderland - 612
Avrozona - 507
Polşa - 448
Tayvan - 424
Portuqaliya - 383
Özbəkistan - 383
Səudiyyə Ərəbistanı - 323
Böyük Britaniya - 310
Livan - 287
Qazaxıstan - 284
İspaniya -282
Avstriya - 280
Tayland - 235
Belçika - 227
Sinqapur - 220
Əlcəzair - 174
Venesuela - 161
İraq - 153
Liviya - 147
Azərbaycan - 146.6
Braziliya - 130
Filippin - 128
Misir - 127
İsveç - 126
Cənubi Afrika Respublikası - 125
Meksika - 120
Yunanıstan - 115
Qətər - 111
Macarıstan - 110
Cənubi Koreya - 104
Rumıniya - 104
Avstraliya - 79.87
Küveyt - 78.97
İndoneziya - 78.57
Birləşmiş Ərəb Əmirlikləri - 74.66
İordaniya - 71.65
Danimarka - 66.55
Pakistan - 64.74
Argentina - 61.74
Belarus - 53.88
Çexiya - 51.18
Finlandiya - 49.02
Serbiya - 48.15
Kamboca - 42
Bolqarıstan - 40.87
Malayziya - 38.88
Qırğızıstan - 38.13
Boliviya - 34.79
Peru - 34.67
Slovakiya - 31.69
Qana - 30.53
Ukrayna - 27.37
Ekvador - 26.28
Suriya - 25.82
Mərakeş - 22.12
Əfqanıstan - 21.87
Nigeriya - 21.37
Banqladeş - 14.26
Kipr - 13.9
Mavrikiy - 12.42
İrlandiya - 12.04
Tacikistan - 8.46
Paraqvay - 8.19
Nepal - 7.99
Myanma - 7.27
Qvatemala - 6.89
Makedoniya - 6.89
Tunis - 6.84
Latviya - 6.66
Litva - 5.82
Kolumbiya - 4.68
Bəhreyn - 4.67
Mozambik - 3.94
Monqolustan - 3.88
Albaniya - 3.42
Sloveniya - 3.17
Aruba - 3.11
Lüksemburq - 2.24
Honq Konq - 2.08
İslandiya - 1.98
Papua Yeni Qvineya - 1.96
Trinidad və Tobaqo - 1.95
Haiti - 1.81
Yəmən - 1.56
Bosniya və Herseqovina - 1.49
Salvador - 1.37
Surinam - 1.21
Honduras - 0.7
Dominikan Respublikası - 0,57
Şri Lanka - 0.47
Malavi - 0.4
Çili - 0,25
Estoniya - 0,25
Malta - 0.19
Uruqvay - 0.1
Burundi - 0.03
Fici - 0.03
Keniya - 0.02
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью