Hansı ölkəyə nə qədər qaz satırıq?

06.10.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci ilin yanvar–iyul aylarında Azərbaycan təbii qaz ixracını 4,1% artırıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu dövrdə ölkə 14 milyard 409,69 milyon kubmetr qaz ixrac edib və bunun ümumi dəyəri 5 milyard 269,1 milyon ABŞ dollarını ötüb.

Ən böyük alıcı yenə Türkiyə olub, qardaş ölkə Azərbaycanın qaz ixracında 40,2%-lik payla lider mövqeyini qoruyub. Türkiyəyə 5 milyard 791,6 milyon kubmetr qaz göndərilib. Türkiyə qaz üçün 1 milyard 594,6 milyon dollar ödəyib.

İkinci yerdə 37,7%-lik payla İtaliya qərarlaşıb. Bu ölkəyə 5 milyard 433,78 milyon kubmetr qaz ixrac olunub. Həcmi 6,3% azalsa da, gəlir 19,9% artaraq 2 milyard 743,65 milyon dollara çatıb.

Üçüncü sırada isə Gürcüstan yer alıb,qonşu ölkəyə qaz ixracı 2,3 dəfə artaraq 1 milyard 434,4 milyon kubmetrə çatıb. Bu həcmin dəyəri 159,56 milyon dollar təşkil edib.

Azərbaycanın qaz ixrac etdiyi digər ölkələr arasında Bolqarıstan, Yunanıstan və Serbiya da var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью