Hansı özəl klinikalar xərçəng müalicəsi aparacaq? ŞƏRTLƏR

02.02.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda onkoloji xəstələrə keyfiyyətli xidmət göstərəcək özəl klinikaların sayı çox məhduddur.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri vurğulayıb ki, bu qanunu qəbul etmək o demək deyil ki, bütün özəl tibb müəssələri onkoloji xəsətələri müalicə edə biləcək.

“Çox ciddi monitorinq aparılacaq, müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələr saxlamışıq, söhbətlər aparmışıq. Ciddi monitorinqlərdən sonra hansı özəl klinikaların maddi-texniki bazası, kadr potensialı imkan verəcəksə o özəl tibb xəstəxanalarına lisenziya veriləcək və onların hesabatlılığı da dövlət onkoloji tibb müəssələrinin qarşısında olacaq”. /Modern.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью