Hansı pendirlər faydalıdır? Açıqlama

27.01.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dietoloq Emili Martorano və Nyu-York Universitetinin Qida Məhsulları Laboratoriyasının direktoru Lurdes Kastro Mortilyaro bütün pendir növlərinin sağlamlıq üçün faydalı olmadığını bildiriblər.

Redaktor.az xəbər verir ki, onların sözlərini "Infobae" nəşri yayıb.

Mütəxəssislərin fikrincə, sağlamlıq baxımından ən faydalı pendir növü rikottadır. Mortilyaro izah edib ki, bu pendir aşağı natrium tərkibi və yüksək miqdarda zərdab proteini ilə seçilir. Həmin protein orqanizm tərəfindən asanlıqla mənimsənilir və sağlam qidalanma üçün daha uyğundur.

Emili Martorano sağlamlıq üçün faydalı olan digər pendir növləri sırasında parmezan, pekornino və qoudanı da qeyd edib. Onun sözlərinə görə, bu pendirlər kalsiumla zəngindir və uzun müddət toxluq hissi yaradır. Lakin natrium tərkibi yüksək olduğu üçün hipertoniya və böyrək problemləri olan şəxslərə bu pendirləri rasionda məhdudlaşdırmaq tövsiyə olunur.

Dietoloq həmçinin çedder pendirini də optimal seçimlərdən biri kimi dəyərləndirib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью