Hansı rayonda dövlət işçiləri daha çox qazanır?

05.06.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda dövlət qulluqçularının iqtisadi rayonlar üzrə həm sayı, həm də ortaaylıq əməkhaqqı göstəricilərində ciddi fərqlər mövcuddur.
Demokrat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, ölkə üzrə dövlət qulluqçularının ümumi sayı 27.4 min nəfər təşkil edir və onların 30.3 faizi qadınlardır. Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır, beş ildən çox iş təcrübəsi olanlar isə ümumi işçilərin 69.5 faizini təşkil edir.
Rəsmi statistikaya əsasən, ölkədə dövlət qulluqçularının ortaaylıq əməkhaqqısı 1 971 manat olub. Ən yüksək maaş göstəricisi Bakı şəhərində qeydə alınıb. İqtisadi rayonlar üzrə ortaaylıq əməkhaqqı sıralaması aşağıdakı kimidir:
Bakı şəhəri – 2 539 manat
Naxçıvan Muxtar Respublikası – 1 502 manat
Mil-Muğan iqtisadi rayonu – 1 371 manat
Mərkəzi Aran iqtisadi rayonu – 1 366 manat
Gəncə-Daşkəsən iqtisadi rayonu – 1 349 manat
Şirvan-Salyan iqtisadi rayonu – 1 316 manat
Vüqar Bayramov vurğulayıb ki, bəzi bölgələrdə dövlət qulluqçularının maaşı ölkə üzrə orta göstəricidən 40 faizə yaxın aşağıdır və bu fərqi azaltmaq üçün regional təşviq meyarlarından istifadə edilməlidir.
Dövlət qulluqçularının say bölgüsünə gəlincə, böyük əksəriyyət paytaxtın payına düşür. Bakıda 13 756, Naxçıvanda isə 2 272 dövlət qulluqçusu fəaliyyət göstərir. Bununla belə, Abşeron-Xızıda cəmi 662, Dağlıq Şirvanda 696, Mil-Muğanda 720, Şirvan-Salyanda 764, Quba-Xaçmazda isə 795 dövlət qulluqçusu çalışır. Deputat ixtisaslı kadrların bölgələrdə işlə təmin olunması üçün vakansiyaların elan edilməsində regional yanaşmanın tətbiqini vacib hesab edir. Hazırda dövlət qulluqçularının 7.4 faizi ali və 3-cü təsnifatda, qalan 92.6 faizi isə digər, o cümlədən yardımçı vəzifələrdə çalışır.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью