Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan rəsmi məlumatlarına əsasən, Azərbaycanda muzdlu işçilərin iqtisadi fəaliyyət növləri üzrə bölgüsü məlum olub. Statistikaya görə, ölkədə muzdlu işçilərin ümumi sayı müxtəlif sahələr arasında paylanıb.
“Yeni Sabah” xəbər verir ki, işçilərin 32,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışır. Sənaye sahəsində çalışanların xüsusi çəkisi 22,0 faiz, təhsil sahəsində isə 16,1 faiz təşkil edir. Dövlət idarəetməsi və müdafiə, həmçinin sosial təminat sektorunda işçilərin payı 10,4 faizdir.
Digər sahələr üzrə göstəricilər isə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 9,6 faiz, tikinti 6,6 faiz, nəqliyyat və anbar təsərrüfatı 4,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 3,5 faiz, peşə, elmi və texniki fəaliyyət 3,4 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 3,0 faiz, maliyyə və sığorta fəaliyyəti 2,8 faiz, daşınmaz əmlakla əlaqədar əməliyyatlar 2,6 faiz, inzibati və yardımçı xidmətlərin göstərilməsi 2,5 faiz, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 1,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı 1,7 faiz, informasiya və rabitə 1,5 faiz, digər sahələrdə xidmətlərin göstərilməsi 1,0 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 0,8 faiz, mədənçıxarma sənayesi isə 0,4 faiz təşkil edir. pizza hut
Cəlalə Cəlalqızı