Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı il sentyabrın 30-na olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən 14 sığorta şirkətindən 9-nun milli valyutada olan hesablardakı vəsaitlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb, 5-nin isə azalıb.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə milli valyutada ən çox vəsaitə malik şirkət “PAŞA Həyat Sığorta” (70 milyon 439 min 224 manat – illik müqayisədə 4 milyon 411 min manat və ya 6,68% çox), ən az vəsaitə malik şirkət isə “A-Qroup” (327 min 324 manat – 990,9 min manat və ya 75,17% az) olub. İllik müqayisədə ən kəskin artım “Qala Sığorta”da (+326,92%), ən böyük azalma isə “A-Qroup”da (-75,17%) qeydə alınıb.
Digər sığorta şirkətlərinin milli valyutada olan hesablardakı vəsaitlərinin həcminə gəlincə, ikinci pillədə qərarlaşan “Atəşgah Həyat”ın hesabında 20 milyon 331 min 15 manat (illik müqayisədə 16 milyon 726 min manat və ya 45,14% az) vəsait mövcuddur. Onu 9 milyon 710 min 703 manatla (7 milyon 436 min manat və ya 326,92% çox) “Qala Sığorta”, 8 milyon 43 min 918 manatla (1 milyon 701 min manat və ya 26,83% çox) “PAŞA Sığorta”, 5 milyon 741 min 239 manatla (1 milyon 895 min manat və ya 49,30% çox) “Qala Həyat” və 3 milyon 448 min 525 manatla (2 milyon 34 min manat və ya 143,86% çox) “Atəşgah” izləyir. Bakıda online alış-veriş
Hesabındakı vəsait 1-2 milyon manat aralığında olan şirkətlər sırasında “Meqa Sığorta” 1 milyon 823 min 170 manat (158,8 min manat və ya 8,01% az), “Xalq Sığorta” 1 milyon 335 min 405 manat (1 milyon 961 min manat və ya 59,49% az), “Xalq Həyat” 1 milyon 224 min 982 manat (557,5 min manat və ya 83,52% çox), “AzSığorta” isə 1 milyon 157 min 660 manat (305,5 min manat və ya 35,84% çox) göstəriciyə malikdir.
Siyahının son pillələrində isə milli valyutada 1 milyon manatdan az vəsaiti olan şirkətlər yer alıb. Belə ki, “İpək Yolu Sığorta”nın hesabında 843 min 57 manat (304,9 min manat və ya 56,64% çox), “Meqa Həyat Sığorta”da 576 min 396 manat (29,1 min manat və ya 5,31% çox), “Azərbaycan Sənaye Sığorta”da isə 527 min 909 manat (408,8 min manat və ya 43,64% az) vəsait qeydə alınıb.