Hansı şirkətlər ixracdan daha çox gəlir əldə edib? Siyahı

28.11.2025

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2025-ci ilin yanvar-oktyabr aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 97.4 milyon dollarlıq ixracla birinci olub.

İlk 10-luqda olan şirkətlər bunlardır:

“AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 97.4 milyon dollar “Prime Cotton” MMC - 95.2 milyon dollar “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 51.1 milyon dollar “Baku Steel Company” QSC - 50.6 milyon dollar “Export Stream" MMC - 40.2 milyon dollar “STP Alüminium” MMC - 34.1 milyon dollar “Tabaterra” QSC - 33.3 mildon dollar​​ "UYTROP" MMC - 29.3 milyon dollar “P-Aqro” MMC - 27.8 milyon dollar “Holcim” - 24.8 milyon dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью