Hansı sürücü sağa düzgün dönür? DOĞRU CAVAB

04.09.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtosfer.az saytı yol nişanları ilə bağlı yeni sualı təqdim edir.

manevr qaydası ilə bağlı yeni sualı təqdim edir.

Hansı sürücü dairəvi hərəkət təşkil edilmiş yolayrıcından sağa düzgün dönür?

1) Hər üçü

2) Sarı və göy

3) Yalnız qırmızı

4) Yalnız sarı

5) Yalnız göy

Doğru cavab: 5) Yalnız göy

İzah: "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin VI hissəsində qeyd olunub ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır.

Dairəvi hərəkət təşkil edilmiş yolayrıcını tərk edən sürücü sağa dönmə etdiyi üçün, digər yolayrıclarındakı kimi müvafiq kənar vəziyyət seçməlidir.

Lakin dairə boyunca hərəkət edən sürücülər istənilən zolaqla hərəkətlərini davam etdirə bilərlər.

Sualın ilk düzgün cavabını verən Emil Mirəliyev adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı. 

Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!

Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью