Hansı xəstələrə dəniz suyu vacibdir? Həkim | Icma.az
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyalı terapevt Yelena Malışeva dəniz suyunun orqanizmə faydalarını açıqlayıb.
O, duzlu dəniz suyunun bədən yaralarını tez sağaltdığını deyib: "Dəniz yosunları özündən qazabənzər yod sintez edir.
Ona görə dənizdə çimmək gündəlik yod mikroelementinin dozasını təmin edir.Yod bir çox sistemlər, qalxanvarivəz üçün vacibdir.
Dənizdə olan duz suda olan bakteriyaları sürətlə sovurub zərərsizləşdirir və onlar ölür. Bu proses osmos adlanır.
Dəridə və bədəndə bakterial yaralar olduqda dəniz suyu faydalıdır. Dənizdə olmaq ağrılı, xəstə oynaqlar üçün də faydalıdır.
Dənizdə üzmək oynaqlar üçün ən zərərsiz fizioterapiyadır. Suda olmaq oynaqlara təzyiq yaratmır.
Üzmək sümük-əzələ sistemini möhkəmlədir, osteartritin yaranmasının qarşısını alır, qan dövranını yaxşılaşdırır.
Tam oxu
Xəbəri oxu