Hansı yaşda hansı kitabı oxuyuruq? MARAQLI ARAŞDIRMA

27.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İnsanların mütaliə vərdişləri və ədəbiyyat seçimləri müxtəlif amillərdən, o cümlədən yaş xüsusiyyətlərindən, həyat təcrübəsindən və maraq dairəsindən asılı olaraq dəyişir.

"Cebheinfo.az" xəbər verir ki, gənclər daha çox romantik və fantastik əsərlərə, orta yaşlı oxucular detektiv və tarixi kitablara, yaşlılar isə əsasən detektiv, tarixi və bioqrafik əsərlərə maraq göstərirlər.

ABŞ-da "YouGov" şirkətinin 2025-ci ilin dekabrında keçirdiyi sorğuda 2 203 yetkin şəxsin kitab oxuma vərdişləri araşdırılıb. Nəticələrə görə, 18–29 yaşlılar arasında romantik əsərlər və fantastika, 30–44 yaşlılarda detektiv və tarixi kitablar, 45–64 yaşlılarda isə detektiv əsərlər daha çox seçilib. 65 yaşdan yuxarı respondentlər arasında detektiv kitablar 26 faizlə ilk sırada qərarlaşıb. Bu yaş qrupunda tarix kitablarına maraq 20 faiz təşkil edib.

Böyük Britaniyanın Milli Savadlılıq Fondunun 2026-cı il araşdırmasında isə 8–18 yaşlıların oxu maraqları öyrənilib. Nəticələrə əsasən, bu yaş qrupunda mahnı sözləri 70,4 faiz, bədii əsərlər 65 faiz, qeyri-bədii kitablar isə 52,8 faiz göstərici ilə ən çox oxunan materiallar sırasında yer alıb.

Gülər
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью