Hansının bileti daha bahadır: Fransa İspaniya, yoxsa Argentina İngiltərə?

14.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

2026-cı il FIFA Dünya Kubokunda həyəcan sona yaxınlaşır.

Bu gün və sabah keçiriləcək yarımfinal oyunlarından sonra finalın iştirakçıları müəyyənləşəcək. Böyük oyunlar öncəsi isə hər iki yarımfinal qarşılaşmasının bilet qiymətləri arasındakı fərq diqqət çəkir.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, ilk finalçı bu gün Fransa ilə İspaniya arasında keçiriləcək yarımfinal oyunundan sonra məlum olacaq. 70 min tamaşaçı tutumuna malik Dallas Stadionunda baş tutacaq qarşılaşmanı slovakiyalı hakim İvan Barton idarə edəcək. 

Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Digər yarımfinalda isə sabah Argentina ilə İngiltərə üz-üzə gələcək. ABŞ-nin Atlanta şəhərində yerləşən "Mercedes-Benz" Stadionunda keçiriləcək qarşılaşma da Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. 

Yarımfinal oyunları öncəsi bilet qiymətləri arasındakı ciddi fərq diqqət çəkir. TicketData.com-un məlumatına görə, Fransa–İspaniya oyunu üçün ən ucuz biletin qiyməti 1 325 dollardır. Son üç gündə bu qiymət 26 faiz azalsa da, digər yarımfinal oyunu ilə müqayisədə xeyli aşağıdır. 

Argentina–İngiltərə qarşılaşması üçün isə ən ucuz biletin qiyməti son üç gündə 34 faiz artaraq 2 841 dollara yüksəlib. 

Bu Argentina azarkeşlərinin çoxluğu və Lionel Messi amilinin oyuna marağı artırması ilə əlaqələndirilir. Bazar günü Nyu-York–Nyu-Cersi Stadionunda keçiriləcək final oyunu üçün ən ucuz biletin qiyməti isə 6 760 dollar təşkil edir. 

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью