“Hansısa əməkdaşlıqdan söhbət gedə bilməz” Ceyhun Sultanov inkar etdi | Icma.az
Icma.az, Footbal-plus saytına istinadən bildirir. Son günlər mediada “Araz-Naxçıvan”la bağlı yeni xəbər yayılıb.
Belə ki, klubda idman direktoru vəzifəsinin təcrübəli futbol funksioneri Ceyhun Sultanova tapşırıldığı iddia olunur.
“Football-plus.az” onunla əlaqə saxlayaraq “Araz-Naxçıvan”da funksiyalarının nədən ibarət olacağını, bu təşəbbüsün kimdən gəldiyini öyrnəməyə çalışıb: “Araz-Naxçıvan”la rəsmi müqaviləm yoxdu, klubun işçisi deyiləm.
Sadəcə, klub rəhbərliyi ilə dostluq münasibətim var və futbolçularla bağlı müəyyən məsələlərdə kömək edirəm.
Hansısa əməkdaşlıqdan söhbət gedə bilməz. Hazırda hansısa klubda işləmək fikrim yoxdu.
Şəxsi işlərim yetərincə çoxdu”.ƏSƏD SEYİDOV Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu