“Hansısa nəticəyə görə “Sabah”ı qınamalı deyilik”

10.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Sabah” Çempionlar Liqasının I turunda bu gün “Mançester Yunayted”in qonağı olacaq.

Azərbaycan millisinin sabiq futbolçusu Mahmud Qurbanov “Futbolpress.az“a açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:

“Avropada tək təmsilçimiz qalıb. Rəqiblər də adlı-sanlı komandalardır, bəziləri turnirin favoritidir. “Sabah”a uğurlar arzu edirəm. Çətin oyun olacaq”.

Mütəxəssis komandanın göstəricilərinə görə tənqid edilməsinin düzgün olmadığını bildirdi:

“Mançester Yunayted”dən xal almaq inandırıcı görünmür. Real olmalıyıq, indiki məqamda hesab da önəmli deyil. “Sabah”ın burada olması özü uğurdur. Hansısa nəticəyə görə “Sabah”ı qınamaq olmaz. Tək bu gün yox, digər oyunlarda da onlara uğurlar arzu edirəm”.

“Mançester Yunayted” – “Sabah” oyununa saat 23:00-da start götürəcək.

Şahin Cəfərov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью