Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Krasnodar”ın baş məşqçisi Murad Musayev komandasını tənqid edənlərə sərt cavab verib.
QOL.az "championat.com"a istinadən xəbər verir ki, mütəxəssis Rusiya Premyer Liqasının 14-cü turunda SSKA-ya qalib gəldikləri (4:2) oyundan sonra mətbuat konfransında komandasının məğlubiyyətlərini arzulayan şəxslər haqda danışıb.
“Belə həyatımız var, məşqçilərin həyatı belədir. Çətin dövr idi. Amma məhz belə vaxtlarda komandanın daxilində və ətrafında kimin kim olduğunu görürsən. Sadiq azarkeşlərimizin bizdən üz döndərmədiyini və bu gün qələbəmizə böyük töhfə verdiyini gördük.
Pis insanların da kim olduğunu gördük. Məsələn, hansısa təlxək – keçmiş futbolçu var ki, yalnız bizim məğlubiyyətlərimizlə yaşayır. Bizim uduzmağımızı, mənim istefaya göndərilməyimi istəyirdi. Bu, onun üçün bal kimidir. Belə çətin vaxtlarda üzə çıxan yazıq insanlardır. Amma bizi hər şeyə baxmayaraq dəstəkləyən yaxşı insanların da olduğunu gördük.
Hələ heç nə bitməyib. Bu, sadəcə bir qələbədir. Qarşıda bizi çətin yol gözləyir. Amma bu gün sevinirik”.
“Krasnodar” bu qələbə ilə 7 oyunluq qələbəsiz seriyasına son qoyub. Komanda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Eyni xala malik SSKA isə 4-cüdür.
Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə Azərbaycanda “Sabah”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında 2022/23 mövsümündə komanda çempionatda gümüş mesal qazanıb.