Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Avstraliya hökuməti hantavirus hallarının aşkarlandığı Niderland bayraqlı “MV Hondius” gəmisində olan 5 Avstraliya vətəndaşı və 1 Yeni Zelandiya vətəndaşının 3 həftə karantində saxlanılacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Avstraliyanın səhiyyə naziri Mark Batler mətbuata açıqlamasında hantavirus qeydə alınan gəmidəki 6 sərnişinin ölkəyə çatdığını bildirib.
Batler qeyd edib ki, 5 Avstraliya vətəndaşı və 1 Yeni Zelandiya vətəndaşı COVID-19 pandemiyası dövründə tikilmiş Bullsbrook karantin mərkəzində 3 həftə ərzində müşahidə altında saxlanılacaq.
Sərnişinlərin Avstraliyaya gəlməzdən əvvəl həkim müayinəsindən keçdiklərini və test verdiklərini deyən Batler nəticələrin mənfi çıxdığını açıqlayıb.
Nazir bildirib ki, sərnişinlər karantin mərkəzində daha geniş tibbi yoxlamalardan keçiriləcək.
Ümumdünya Səhiyyə Təşkilatı bundan əvvəl Argentinadan yola çıxan və mayın 10-da Kanar adalarının Tenerife şəhərində sərnişinləri təxliyə edilən Niderland bayraqlı “MV Hondius” sərnişin gəmisində aşkarlanan hantavirus hallarının arta biləcəyini, lakin hazırda epidemiya riskinin görülmədiyini bildirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin