Hantavirusun pandemiya olma ehtimalı yoxdur ÜST

12.05.2026

Medicina saytına istinadən Icma.az xəbər verir.


ÜST hantavirus pandemiyası təhlükəsi olmadığını bildirib.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) baş verən epidemiya səbəbindən hantavirus pandemiyası təhlükəsi olmadığını bildirib.

"Qlobal ictimai səhiyyə üçün risk azdır", - deyə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Madriddə keçirilən mətbuat konfransında bildirib.

O əlavə edib ki, yoluxmuş şəxslərlə təmasda olan bütün şəxslər 21 iyun tarixinə qədər nəzarətdə saxlanılacaq. Doqquz yoluxma halı təsdiqlənib. Lakin uzun inkubasiya dövrü səbəbindən daha çox yoluxma halı aşkarlana bilər.


Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью