Hantavirusun qənimi tapıldı

14.05.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hantavirusun dezinfeksiyaedici maddələrə qarşı davamlılığı koronavirusla müqayisədə daha zəifdir. Mütəxəssislərin sözlərinə görə, virusun zərərsizləşdirilməsi üçün 30-40 faiz etil spirti tərkibli məhlullar kifayət edə bilər.
Demokrat.az
xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" agentliyinə danışan Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının dosenti Samir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, koronavirusun təsirsiz hala gətirilməsi üçün daha yüksək – ən azı 70-80 faiz etanol və ya 75 faiz izopropanol tələb olunduğu halda, hantavirus üçün daha aşağı konsentrasiyalı spirtli məhlullar effektiv hesab edilir.
Həkim vurğulayıb ki, bu tövsiyələr yalnız əllərin və müxtəlif səthlərin dezinfeksiyası ilə bağlıdır. O bildirib ki, spirtli içkilərin hantavirusa qarşı qoruyucu və ya müalicəvi təsir göstərdiyini sübut edən hər hansı elmi fakt yoxdur.
Ekspertin sözlərinə görə, alkoqoldan həddindən artıq istifadə immun sistemini zəiflədə və orqanizmin müqavimətini azalda bilər. Buna görə də hantavirusdan qorunmaq və ya xəstəliyi müalicə etmək məqsədilə spirtli içki qəbul etmək təhlükəli hesab olunur.
Mövzu ilə bağlı açıqlama verən epidemioloq, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko isə bildirib ki, son dövrlərdə diqqət çəkən “Andes” hantavirus ştammı mutasiyaya uğrayaraq tədricən insan orqanizminə uyğunlaşır.
Onun sözlərinə görə, virusların zamanla dəyişməsi təbii prosesdir və bu, ştammların immun sistemindən yayınmaq üçün uyğunlaşdığını göstərir. Onişenko qeyd edib ki, hantaviruslar hələlik aşağı yoluxuculuq səviyyəsinə malik olsa da, bəzi hallarda insandan insana keçmə ehtimalı müşahidə olunur.
Epidemioloq xatırladıb ki, 2018-ci ildə Argentinada qeydə alınan “Andes” hantavirusu epidemiyası zamanı ölüm göstəricisi 35 faizə qədər yüksəlmişdi.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью