Hanter Bayden Trampa od püskürdü: “Atam onu yerdən yerə vurdu”

16.11.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Co Baydenin oğlu Hanter Bayden ABŞ prezidenti Donald Trampın atasına yönəltdiyi təhqirlərə sərt reaksiya verib.

"Ölkə.az" xəbər verir ki, o, emosional açıqlamasında Trampı açıq şəkildə tənqid edib.

“Bu lənətə gəlmiş adam atam haqqında necə danışır… Cəhənnəm olsun o! Atam onu kirayəlik ulaq kimi döydü və yeddi yarım milyon səslə qabaqladı. Trampın atamdan nifrət etməsinin səbəbi də budur — çünki o, məğlub edildiyini qəbul edə bilmir”, — deyə Hanter Bayden bildirib.

Açıqlama, ABŞ-da siyasi gərginliyin yenidən yüksəldiyi, Tramp-Bayden qarşıdurmasının daha da kəskinləşdiyi bir zamanda gündəmə gəlib.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью