Hapoel milli komandamızın futbolçusunu transfer etməyi planlaşdırır

28.09.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Azərbaycan milli komandasının üzvü Rüfət Abdullazadə yeni mövsümdə də İsraildə qala bilər.

Sportal.az saytına verilən məlumata görə, “Hapoel İroni Kiryat Şmona” klubu Abdullazadənin transfer hüququna sahib çıxmaq istəyir.

Yayda Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülmüş futbolçu israillilərin etimadını qazanıb.

Ona görə də “Hapoel” Rüfətlə yayda uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, 25 yaşlı futbolçunun “Varajdin”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью