“Hapoel” öz meydançasında “Srvena Zvezda”nı məğlub edib

04.08.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026/2027-ci il mövsümündə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin İsrailin "Hapoel Beer Şeva" və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçirilən ilk oyunu başa çatıb.

İdman.Biz bildirir ki, İsrail klubunun oyunçuları 1:0 hesablı qələbəni qeyd ediblər.

38-ci dəqiqədə hücumçu Zahi Əhməd "Hapoel"ə hesabda irəli çıxmağı təmin edib. 60-cı dəqiqədə onun komanda yoldaşı Matan Baltaksa iki sarı vərəqə alaraq meydandan qovulub.

"Srvena Zvezda" və "Hapoel" arasında cavab oyunu 11 avqust, çərşənbə axşamı günü keçiriləcək. Bu cütlüyün qalibi Çempionlar Liqasına vəsiqə qazanmaq üçün pley-offda “Sabah” – “Orhus” cütünün üstün tərəfi ilə rastlaşacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью