“Hapoel”in iki qolda da bəxti gətirdi”

20.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Hapoel”ə (Beer-Şeva, İsrail) uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın futbolçusu Rəhman Daşdəmirov İTV-yə açıqlamasında fikirlərini bölüşüb.

“Məğlub olmağımıza baxmayaraq, oyun yaxşı keçdi. Rəqib nə istədiyini bilən komanda idi. Ciddi səhvlərimizin olduğunu düşünmürəm. “Hapoel”in iki qolda da bəxti gətirdi.

Məncə, cavab oyununda mərhələni keçə bilərik. Azarkeşlərə də səslənirəm, stadiona gəlib, dəstək olsunlar. Fanatlarımızın önündə yaxşı nəticə qazanıb, xalqımızı sevindirməyə çalışacağıq”.

“Sabah” ilə “Hapoel” arasındakı cavab oyunu avqustun 25-də Bakıda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью