Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Football Meets Data” portalı Çempionlar Liqasının pley-off mərhələsinin duellərində komandaların qalib olmaq şanslarını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, bu raundda İsrailin “Hapoel” (Beer Şeva) kollektivi ilə qarşılaşacaq “Sabah” cütün favoritidir. “Bayquşlar”ın əsas mərhələyə yüksəlmə şansları 51.2 faiz göstərilib.
“Hapoel”də isə bu rəqəm 48.8 faizdir.
Komandalar arasındakı ilk oyun bu gün Rumıniyada keçiriləcək. Buxarestdə baş tutacaq görüşə saat 23:00-da start veriləcək. Cavab matçı avqustun 25-də Bakıda olacaq.