“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" Roi Kehat

25.08.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir" - Roi Kehat

İsrailin “Hapoel" (Beer-Şeva) klubunun sabiq futbolçusu Roi Kehat UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la qarşılaşma öncəsi fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, hazırda “Sumqayıt”da çıxış edən israilli yarımmüdafiəçi ölkəsinin "Walla Sport" nəşrinə açıqlamasında deyib ki, “Hapoel"in üstün tərəfləri var:

“Düşünürəm ki, “Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir. Komanda Azərbaycandakı rəqibindən daha təcrübəlidir və bu, vacib amildir”.

32 yaşlı futbolçu Azərbaycan futbolunun son illərdə sürətlə inkişaf etdiyini də vurğulayıb. Onun sözlərinə görə, ölkədə legioner limitinin ləğvi klubların daha keyfiyyətli futbolçular transfer etməsinə şərait yaradıb.

Kehat üç ildir Azərbaycanda çıxış etdiyini və burada yaşamaqdan məmnun olduğunu bildirib:

“İsrailli futbolçulara Azərbaycanda oynamağı tövsiyə edirəm. Burada futbol sürətlə inkişaf edir. Liqaya əvvəllər gəlməyən səviyyəli əcnəbi futbolçular indi Azərbaycana üstünlük verirlər. Bu da komandaların səviyyəsini artırır”.

Qeyd edək ki, "Sabah" - "Hapoel" (Beer-Şeva) matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью