Yenisabah saytına istinadən Icma.az xəbər verir.
2026-cı ilin ilk 7 ayı “Azərbaycan Sənaye Sığortası” ASC üçün mənfi dinamika ilə yadda qalıb.
“Yeni Sabah” xəbər verir ki, şirkətin topladığı sığorta haqlarının həcmi azaldığı halda, müştərilərə edilən sığorta ödənişlərində kəskin artım qeydə alınıb.
Yanvar-iyul aylarında sığorta şirkəti 16 milyon 390 min manat sığorta haqqı toplaya bilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə (18 milyon 913 min manat) müqayisədə 13,3% və ya 2 milyon 523 min manat azalma deməkdir. Pepperoni pizza
Haqların azalması ilə yanaşı, şirkətin xərcləri - sığorta ödənişləri nəzərəçarpacaq dərəcədə yüksəlib. Hesabat dövründə müştərilərə 10 milyon 621 min manat ödəniş edilib. Ötən ilin eyni aylarında bu rəqəm 6 milyon 913 min manat təşkil edirdi. Beləliklə, şirkətin sığorta ödənişləri illik müqayisədə 53,6% (3 milyon 708 min manat) artıb.