Haqqında cinayət işi açılmışdı, Türkiyəni tərk etdi

23.01.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Haqqında cinayət işi açılan fenomen Merve Taşkın Türkiyəni tərk edib.

Axşam.az xəbər verir ki, bu barədə bloger özü paylaşım edib.

"Psixologiyam o qədər pozulmuşdu ki, gecələri yata bilmirdim. Hər qapı döyüldükdə polis gəldiyini düşünürdüm. Gecə məni aparmaq üçün gələrlər deyə, yatağımın yanına hər zaman paltar qoyurdum. Evdə olmadığım zaman isə pişiyim üçün yemək və su qoyurdum ki, ac qalmasın.

Günlərimi belə keçirə bilməyəcəyimi anlayıb, özümə doğum günü hədiyyəsi olaraq tək istiqamətli bilet aldım və getdim. Heç bir planım yox idi. Seçdiyim qərarın nəticəsi nə olacaq bilmirəm, amma heç cəhd etməmək məni daha pis hiss etdirirdi. Sənin üçün darıxacağam, Türkiyə".

Qeyd edək ki, Merve aktrisa Hülya Avşarla birgə yutubda yayımlanan layihədə səsləndirdikləri fahişəliyə təşviq, ədəbsizlik, cinayəti tərifləmək və alçaldıcı ifadələr işlətməkdə ittiham edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью