Haqsız yerə məni işdən çıxartdılar

31.07.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əməkdar artist Münəvvər Əliyeva sənət yolunda qarşılaşdığı çətinliklərdən danışıb.

Axşam.az xəbər verir ki, aktrisa "Mədəni şou" verilişində teatr fəaliyyətinin ilk illərini xatırlayıb. M.Əliyeva bildirib ki, teatra gələnə qədər və səhnədə özünü təsdiqləyənədək ağır mərhələlərdən keçib:

"Teatra gələrkən çətin yollardan keçmişəm. Kimsə səni qəbul etmir, kimsə istəmir. "Hələ sevirəm deməmişlər" tamaşası çox ağır tamaşa idi, dram yaşadım. "Qızıl dərviş" mükafatını aldım. Mükafat böyük rollar oynamır. Mağazaya gedəndə biz bizik. Onun pulu yoxdur, amma stimul verir".

Aktrisa qeyd edib ki, uğur qazanana qədər çox sınaqlarla üzləşib:

"Tamaşanı oynayana qədər çəkmədiyim çətinliklər qaldı. Əliabbas müəllim məni tərifləyəndə nələr deyilirdi. Adını çəkmirəm, məni qəbul etmək istəmirdi. Mənim deyib-gülməyim olmayıb".

Münəvvər Əliyeva bildirib ki, bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Polad Bülbüloğlunun ərizəsi ilə maaşı saxlanılmaq şərti ilə Qazaxa göndərilib.

Aktrisa daha sonra haqsız şəkildə işdən uzaqlaşdırıldığını, lakin buna görə şikayət etmədiyini deyib:

"Mən qayıdandan sonra haqsız yerə direktor məni işdən, ştatdan çıxartdı. Şikayət etmədim. Qaldım, çətinliyə dözdüm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью