Hara gedirsən tıxacdir...

22.09.2026

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Bakıda əksər küçə və prospektlərdə avtomobil sıxlığı yaranır , tıxaclat baş verir. Xüsusilə də Ziya Bünyadov, Azadlıq , Babek, Zığ şossesi, Mətbuat prospekti .

Xırdalan şəhəri istiqamətində demək olar ki, səhər və axşam saatlarında tıxaclar yaranır! Düzdür, yol polisi həmin istiqamətlərdə bir çox təhlükəsizlik tədbirləri görür, qabaqlayıcı addımlar atır, hətta ali və təhsil ocaqlarının yanına əlavə naryadlar göndərilir. Eləcə də yağışlı havalarda, işıqforlar işləməyəndə belə yol polisi əməkdaşları hərəkəti tənzimləyir və sürücülərə lazımı kömək göstərirlər. Təbii ki, onlar hadisələrə operativ şəkildə müdaxilisi tıxacların qarşısını xeyli alır. Amma buna baxmayaraq, yenə yollarda tıxaclar var! Bu gün, yəni sentyabrın 22-də səhər saatlarında adını çəkdiyimiz küçə və prospektlərdə tıxaclar vardı.

Tıxacda qalmış sürücülərin bir neçəsi ilə söbət elədik! Asif Axundov dedi ki,  hər gün Bakıda səhə və axşam saatlarında bax gərgin , əsəbi anlar yaşayıriq. Bu gün Xırdalanda Bakıdakı 20 nömrəli məktəbin yanına bir saat yarıma çatmışam. Hansı ki, tıxac olmayanda həmin yol 20 dəqiqəyə gedirəm. Nə isə... İndi şəxsi avtomobillə Bakıda hərəkət etmək çox çətindir. Belə çıxır ki, gərək biz ictimai nəqliyyatdan istifadə edək. Bakıda tıxacların qarşısını bilmirik kim almalıdır? Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 5- ci tağımının komandiri polis mayoru, Nurlan Əliyev deyir ki, yol polisi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Səhər və axşam saatlarında biz güclləndirilmiş iş rejimində çalışırıq. Tıxaclar zamanı bir də görürsən ki, hansısa səbrsiz sürücü yolun əks istiqamətinə çıxıb hərəkət edir və nəticədə qarşı yolda da tıxac yaradır. Bax yol polisi belə sürücüyə qarşı nə etsin! Bu ,özü kobud qanun pozuntusudur! Elə bir çox halda tıxaclara belə məsuliyyətsiz sürücülər şərait yaradırlar. Əlbəttə, şəhərimizdə tıxac problemi var və bu, dünyanın çox şəhərlərində belədir. Amma dünyanın çox şəhərlərində sürücülər qanunu bizimkilər kimi pozmurlar. Ona görə də hərəkət iştirakçıları Avropanın qabaqcıl təcrübəsindən bəhrələnməlidir!Bir sözlə, şəhərimizdə  yol hərəkəti qaydalarına əməl etməli, tıxaclara şərəit yaratmamalıdır!

Emil FAİQOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью