Harada gəldi avtomobil saxlamaq olmaz!

24.11.2025

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakıda " dayanma"', " durma" qaydaları ilə bağli sürücülər çox narazılıq edir. Onlar deyirlər ki, taksi fəaliyyəti ilə məşğul olduğumuz üçün şəhərin müxtəlif yerlərindən sərnişin götürür, sərnişin düşürürlər.

Amma belə anda onlar çətinliklər  yaşayır.Avtobus yolunda saxlamaq olmur, eləcə də  qadağanedici nişanlar olan yerdə də dayanmaq olmaz! Bəs onda bu yazıq taksi sürücüsü maşını harda saxlasın ki, sərnişini düşürsün , yaxud da mindirsin! Bax  elə əsas məsələ də elə budur! Sürücülər qanunu pozursa, 60 manat cərimə və 3 balla çəzalanır. Ona görə də , Yerüstü Nəqliyyat Agentliyi və eləcə də digər qurumlar bu barədə cıddi düşünməlidir.

Taksi sürücüləri üçün şərait yaradılmalıdır ki, onlar lazımi yerlərdə sərnişinləri düşürsün və mindirsin!  Lakin  səkidə sürücü avtomobili saxlayırsa, bunu görə, birmənalı olaraq cərimə  olunmalıdır. Gərək sürücülər də birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməlidir ki,qəzalar baş verməsin və nəticədə ölən , xəsarət alanlar olmasın!!!

Emil Faiqoğlu    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью