Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Numbeo” portalının Həyat Keyfiyyəti İndeksi üzrə 2026-cı il reytinqində ölkələrin göstəriciləri açıqlanıb. Reytinq həyat səviyyəsinə təsir edən müxtəlif amillər, o cümlədən alıcılıq qabiliyyəti, təhlükəsizlik, səhiyyə, yaşayış xərcləri, mənzil qiymətləri, çirklənmə və iqlim kimi göstəricilər əsasında formalaşdırılıb.
"AzPolitika" xəbər verir ki, siyahıya 205,6 indekslə Niderland başçılıq edir. İkinci yerdə 204,8 indekslə Lüksemburq, üçüncü yerdə isə 203,9 indekslə Danimarka qərarlaşıb. Eyni göstərici ilə Oman da dördüncü pillədədir.
İlk onluqda həmçinin İsveçrə, Finlandiya, Avstriya, İslandiya, Almaniya və Norveç yer alıb.
Azərbaycanın göstəricisi isə 111,7 indeks təşkil edib. Bununla yanaşı, Ermənistan 128,2, Gürcüstan 126,4, Rusiya 115,5, İran isə 89,1 indekslə qiymətləndirilib.
Tam reytinq siyahısı belədir:
№Ölkəİndeks1Niderland205,62Lüksemburq204,83Danimarka203,94Oman203,95İsveçrə203,26Finlandiya201,57Avstriya198,18İslandiya195,19Almaniya195,010Norveç193,511Estoniya191,812Qətər188,613İsveç187,614Avstraliya186,815Yeni Zelandiya186,216ABŞ184,717İspaniya183,418Sloveniya182,519Litva181,420Yaponiya180,921Çexiya177,522Xorvatiya174,523Böyük Britaniya173,824Fransa172,625İrlandiya169,626Belçika169,627Kanada169,528Portuqaliya169,529Birləşmiş Ərəb Əmirlikləri168,530Latviya166,231İsrail164,832Tayvan159,933Slovakiya159,834Küveyt158,635Kipr156,836İtaliya156,237Polşa155,938Səudiyyə Ərəbistanı154,539Puerto Riko149,040Cənubi Afrika148,741Bolqarıstan148,542Sinqapur147,943Macarıstan147,744Cənubi Koreya146,945Rumıniya142,346Türkiyə141,447Uruqvay141,248Yunanıstan140,649Çin139,350Bosniya və Herseqovina137,0—Ermənistan128,2—Gürcüstan126,4—Rusiya115,5—Azərbaycan111,7—İran89,1"AzPolitika.info"