Harada neçə yaşda təqaüdə çıxırlar?

24.06.2026

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Bir çox ölkələrdə əhalinin yaşlanması və orta ömür uzunluğunun artması pensiya sistemlərinə təzyiqi artırır. Bu səbəbdən hökumətlər sosial təminat sisteminin dayanıqlığını qorumaq məqsədilə pensiya yaşını mərhələli şəkildə yüksəldir və ya mövcud qaydaları yenidən nəzərdən keçirirlər.

BMT-nin Əhali Bölməsinin məlumatına görə, dünyada orta ömür uzunluğu 1950-ci ildə 46,5 il olduğu halda, 2000-ci ildə 66 yaşa yüksəlib. Proqnozlara əsasən, bu göstərici 2050-ci ilədək 76 yaşa çatacaq.

Artan həyat müddəti fonunda bir çox ölkələr pensiya islahatlarını sürətləndirir.

Metbuat.az dünyanın müxtəlif ölkələrində tətbiq olunan pensiya yaş hədlərini təqdim edir.

ABŞ

Amerika Birləşmiş Ştatlarında pensiya yaşı insanın doğum ilindən asılı olaraq dəyişir.

1943-1954-cü illərdə doğulanlar üçün – 66 yaş

1955-1960-cı illərdə doğulanlar üçün – 66-67 yaş aralığı

1960 və daha sonra doğulanlar üçün – 67 yaş

ABŞ-də pensiya yaşı bir çox Avropa ölkələri ilə müqayisədə yüksək olsa da, Yaponiya, Yeni Zelandiya (68 yaş) və İndoneziya (69 yaş) kimi ölkələrdə bu hədd daha yuxarıdır. İslandiya və Norveç isə 67 yaşla ən yüksək pensiya yaşına malik ölkələr sırasındadır.

Fransa

Fransada 2023-cü ildə həyata keçirilən pensiya islahatı minimum pensiya yaşını 62-dən 64-ə yüksəltdi. Bununla yanaşı, daha erkən yaşda işləməyə başlayan şəxslərin müəyyən şərtlər daxilində erkən pensiyaya çıxmasına imkan verən qaydalar da mövcuddur. Lakin pensiya yaşının artırılması ölkədə genişmiqyaslı etirazlara və ixtişaşlara səbəb olub.

Çin

2024-cü ilin sentyabrında Çin hökuməti 1950-ci illərdən bəri ilk dəfə pensiya yaşına dair islahat qəbul etdi.

Göy yaxalı işçilər üçün (fiziki işçilər) – pensiya yaşı 50-dən 55-ə qaldırıldı.

Ağ yaxalı işçilər üçün (idarəetmə və ofis işçiləri) – 55-dən 58 yaşa yüksəldildi.

Kişilər üçün pensiya yaşı – 60-dan 63 yaşa artırıldı.

Bu dəyişikliklər Çində yaşlanan əhalinin iqtisadi təsirlərini azaltmaq məqsədi daşıyır.

Asiya ölkələrində pensiya yaşları nisbətən aşağıdır.

Çin, Hindistan və Cənubi Koreyada rəsmi pensiya yaşı 50-lərin sonu və 60-ların əvvəli arasında dəyişir.

Ən aşağı pensiya yaşı isə 55 yaşla Şri-Lankada tətbiq edilir.

Pensiya yaşlarının qaldırılmasının əsas səbəbləri bunlardır:

İnsan ömrünün uzanması və iş qabiliyyətinin daha uzun müddət qorunması

Pensiya fondlarının yükünün azaldılması

Əmək bazarında aktiv iştirakın stimullaşdırılması

Dünya üzrə ümumi tendensiya pensiya yaşının tədricən artırılması istiqamətindədir. Bu, həm iqtisadi sabitliyi qorumaq, həm də əhalinin uzunmüddətli sosial təminatını gücləndirmək məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью