Harda rus həbs olunsa, Rusiya ordu yeridəcək Qanun

15.04.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Dövlət Duması ölkə prezidentinin Rusiya Silahlı Qüvvələrindən istifadə səlahiyyətlərini genişləndirən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, sənəddə Rusiya vətəndaşlarının həbsi və ya Rusiyanın iştirak etmədiyi xarici məhkəmələr və beynəlxalq qurumlar tərəfindən cinayət təqibi halında onların müdafiəsi üçün ordudan istifadəyə icazə verilməsi əksini tapıb.

Qanun layihəsi həmçinin dövlət qurumlarını prezidentin müəyyən etdiyi kimi, həmvətənlərini xarici məhkəmələrdən qorumaq üçün tədbirlər görməyə məcbur edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью