Haribo” yeyən uşaq komaya düşüb

04.06.2025

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Hollandiyada 2 uşaq tərkibində marixuana olan "Haribo" yedikdən sonra zəhərlənib, biri komaya düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə "NL Times" portalı Hollandiyanın Almelo şəhərindəki xəstəxanaya istinadən məlumat yayıb.

Bildirilib ki, vəziyyəti ağır olan uşaq ixtisaslaşdırılmış klinikaya yerləşdirilib.

"Hər iki uşaq indi özlərini yaxşı hiss edir", - deyə xəstəxanadan bildirilib.

Tibb müəssisəsi qurbanların ailələrinin şəxsi məlumatını qorumaq üçün hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edib. Portal xəbər verir ki, polis hadisə ilə bağlı araşdırma aparır.

Xatırladaq ki, daha əvvəl Belçika və Lüksemburqda da "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkarlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью