Harninq Berq: Komandamın oyunundan razı qaldım

07.08.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"4 qol vurduq və qol buraxmadıq. Bu nəticədən sonra komanda üçün yaxşı vəziyyət yaranıb".

Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşündə Bakıda "Araz-Naxçıvan"a 4:0 hesabı ilə qalib gələn Kiprin "Omoniya" klubunun baş məşqçisi Harninq Berq deyib.

"İşimizi cavab oyununda tamamlamalıyıq. Müdafiəyə ehtiyac olduqda bunu düzgün şəkildə etdik. Komandamın oyunundan razı qaldım".

Norveçli baş məşqçi "Dalğa Arena"nın ot örtüyündən razı qalmayıb: "Amma bu hər iki komanda üçün eyni idi. Bütün bunlara baxmayaraq, hücumda yaxşı oynadıq, müdafiəmiz isə çox səviyyəli çıxış etdi".

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью