Harri Keyn Barselona ya gəlməkdən imtina etdi

23.06.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniya nəhəngi "Barselona" İngiltərə millisinin təcrübəli hücumçusu Harri Keyni heyətinə qatmaq üçün gözlənilməz bir addım atıb.

Fanat.Az xəbər verir ki, Kataloniya klubu 32 yaşlı qol maşınının "Bavariya"dan ayrılmağa isti baxıb-baxmayacağını öyrənmək üçün ilkin təmaslar qursa da, təcrübəli forvard bu keçidə dərhal yaşıl işıq yandırmayıb.

"SPORT" nəşrinin yaydığı məlumata görə, Keyn Münhendə olduqca xoşbəxt olduğunu və komandadan ayrılmaq kimi bir planının olmadığını rəhbərliyə çatdırıb.

Digər tərəfdən, Almaniya klubunun Dünya Çempionatından sonra ulduz futbolçu ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayacağı gözlənilir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью