Harri Keyn “Bavariya” ilə müqaviləsini 2029 cu ilə qədər uzadacaq

10.08.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol üzrə “Bavariya” klubunun ingilis hücumçusu Harri Keyn yaxın vaxtlarda Münhen klubu ilə yeni müqavilə imzalamalıdır.

İdman.Biz xəbər verir ki, “Times Sport”un məlumatına görə, tərəflər yeni sözləşmə ilə bağlı bu həftə danışıqlara başlayacaq. Hücumçunun müqaviləsini 2029-cu ilə qədər uzatmağa razılaşacağı gözlənilir.

Keyn 2023-cü ilin avqustundan “Bavariya”da çıxış edir. O, “Tottenhem”dən Münhen klubuna keçib. Hücumçu ötən mövsüm 51 oyunda 61 qol vurub. Bundan başqa, hesabına 7 məhsuldar ötürmə yazdırıb.

33 yaşlı futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsinin müddəti gələn ilin iyununun sonunda başa çatır.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью