Harri Keyn “Bavariya“nı xilas etdi: Münhenlilər səfərdə qalib gəldilər

13.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Almaniya Bundesliqasında 2026/2027 mövsümünün 3-cü turunun "Elversberq" - "Bavariya" matçı başa çatıb.

Moderator.az xəbər verir ki, Münhen təmsilçisi səfərdə 1:2 hesabı ilə qələbə qazanıb.

Görüş Şpizen-Elversberqdəki "Ursafarm-Arena an der Kayzerlinde" stadionunda keçirilib.

Lennart Karl 26-cı dəqiqədə münhenliləri hesabda önə keçirib. Moris Krattenmaxer 61-ci dəqiqədə hesabı bərabərləşdirib. 72-ci dəqiqədə isə Harri Keyn "Bavariya"ya qələbə qazandıran qolu vurub.

Bu oyundan sonra "Elversberq" altı xalla Almaniya çempionatının turnir cədvəlində 6-cı yerdədir. "Bavariya" isə yeddi xalla 4-cü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью