Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda Norveçin “Vikinq” klubu ilə 3:3 hesablı heç-heçəni şərh edib.
İdman.Biz xəbər verir ki, ingiltərəli futbolçu komandasının qələbəni əldən verməsində qırmızı vərəqənin həlledici rol oynadığını bildirib.
“Əlbəttə, məyusuq. Oyuna yaxşı başlamadıq, həddindən artıq çox səhvə yol verdik. “Vikinq” müdafiədə yaxşı çıxış edir və hücumda öz fürsətlərini gözləyirdi.
İkinci hissədə rəqibdən tam üstün oynadıq, öz ritmimizi tapdıq və onların qapısı qarşısında inamlı təsir bağışladıq. Lakin qırmızı vərəqə hər şeyi alt-üst etdi. Belə oyunla qalib gəlməli idik. Amma cəmi bir xal qazandıq və yolumuza davam edirik”, – deyə Keyn vurğulayıb.
Qeyd edək ki, “Bavariya” 2:0 hesabı ilə geri düşdüyü qarşılaşmada Keynin dublu və Luis Diasın qolu sayəsində önə keçib. Lakin 74-cü dəqiqədə Maykl Olisenin meydandan qovulmasından sonra Münhen klubu üstünlüyünü qoruya bilməyib. “Vikinq” 90-cı dəqiqədə hesabı bərabərləşdirib.
Çempionlar Liqasının üçüncü turunda “Bavariya” “Arsenal”la, “Vikinq” isə “Aston Villa” ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 21-də keçiriləcək.