Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
İngiltərə milli komandasının və “Bavariya”nın ulduz futbolçusu Harri Keyn “Qızıl top” mərasimində “İlin hücumçusu” tituluna sahib olub.
Futbolpress.az xəbər verir ki, təcrübəli forvard mövsüm boyunca nümayiş etdirdiyi möhtəşəm perfomansla bütün rəqiblərini geridə qoymağı bacarıb.
Qol maşınına çevrilən Keyn ötən mövsüm çıxış etdiyi 65 rəsmi qarşılaşmada rəqib qapılarına dəqiq 73 yol taparaq fantastik nəticəyə imza atıb.