Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərə millisinin hücumçusu Harri Keyn yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 2026-cı ilin “Qızıl top” mükafatçısı yığmada ən çox oyun keçirən futbolçu olub.
UEFA Millətlər Liqasında Xorvatiyaya qarşı keçirilən görüş Keynin İngiltərə millisinin heyətində 126-cı matçı olub. Bununla da 33 yaşlı hücumçu 125 oyun keçirmiş sabiq qapıçı Piter Şiltonu geridə qoyub.
Keyn rekordunu qolla qeyd edib. Qarşılaşmaya kapitan kimi başlayan futbolçu 64-cü dəqiqədə penaltidən fərqlənərək komandasına 2:1 hesablı qələbə qazandırıb. Bu, onun millidə 92-ci qolu olub.
Qeyd edək ki, İngiltərə millisi bu qələbə sayəsində UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqəni təmin edib.
Fernando Muslera üçün son matç – Karyerasını bitirir “Qalatasaray”ın rəqibində zədə şoku – Millidən çıxarıldı “Qalatasaray”da "qış təmizliyi": İki futbolçu siyahıda “Kokain az qala həyatıma son qoyacaqdı” - Jardeldən şok etiraf “Mançester Yunayted” baş məşqçisi ilə yollarını ayırdı