Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
İngiltərə millisinin və Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn İspaniya klublarından təklif aldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu “Marca”ya açıqlamasında bildirib.
Keyn hazırda Münhen təmsilçisində xoşbəxt olduğunu və başqa klubları düşünmədiyini bildirib.
“Bəzi məqamlar olub. Açıq və ciddi təkliflər deyildi, amma keçmişdə bəzi söhbətlərimiz olub. La Liqaya böyük hörmətim var. “Barselona”, “Real Madrid” və “Atletiko” dünyanın ən böyük klublarındandır. Mən Ronaldu və Messi izləyərək böyümüşəm. Bu komandalara böyük hörmətim var.
Futbolda hər şeyin baş verə biləcəyini bilirik. Heç nəyi heç vaxt istisna etmirəm. Amma hazırda, daha əvvəl də dediyim kimi, Almaniyada son dərəcə xoşbəxtəm”, - deyə Keyn bildirib.
Qeyd edək ki, Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.