Harri Keyn “Qızıl buts”un sahibi oldu

19.08.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn 2025/26 mövsümünün “Qızıl buts” mükafatının sahibi olub.

İdman.Biz xəbər verir ki, İngiltərə millisinin kapitanı Bundesliqada 36 qol vuraraq 72 xal toplayıb və Avropanın milli çempionatlarında ən yaxşı göstəriciyə imza atıb. Bu, Keynin karyerasında ikinci “Qızıl buts” mükafatıdır.

32 yaşlı forvard ümumilikdə 2025/26 mövsümündə klub və milli komandanın heyətində 73 qol vurub. Bunlardan 61-i “Bavariya”nın, 12-si isə İngiltərə millisinin heyətində qeydə alınıb.

Keyn daha əvvəl 2023/24 mövsümündə də 36 qolla Avropanın “Qızıl buts”unu qazanıb. O, həmçinin 2025/26 mövsümündə ardıcıl üçüncü dəfə Bundesliqanın bombardiri olub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью